12:05 - 1.05.2024
1 may, Fineko/abc.az. “Naxçıvan Bank” ASC-nin maliyyə durumu ilə bağlı hər hansısa problem yoxdur.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov ənənəvi mətbuat konfransında bildirib.
Baş Bankir qeyd edib ki, bununla belə, bankın kredit portfelinin bir hissəsi digər banka satılıb. "Naxçıvan Bank"da əmanətçilər də çox deyil. Balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bankın fəaliyyətini ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi, və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından aslı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərini sayı digər banklara nisbətən çox aşağıdır", - deyə T.Kazımov əlavə edib.
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026