13:13 - 3.08.2018
3 avqust, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu və Türkiyənin Kənd Təsərrüfatı İşləri üzrə Baş İdarəsi (TİGEM) niyyət protokolu imzaladılar.
Protokol Bakıda “Türkiyənin toxumçuluq sahəsində təcrübəsi, toxum ticarəti və qanunvericilik” mövzusunda praktik seminar çərçivəsində imzalanıb.
Protokolu Bakıda Dövlət Toxum Fondunun sədri Emin Əliyev və TİGEM-in baş direktoru İsmayıl Şanlı imzaladı.
İmzalanmış sənədin məqsədi Azərbaycanın aqrar sektorunda səmərəliliyin artırılması və innovasiyaların genişləndirilməsini təmin etməkdir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026