“Türk Hava Yolları” aviaşirkəti üç ildən sonra Əfqanıstana uçuşları bərpa edir

12:01 - 29.04.2024


29 aprel, Fineko/abc.az. “Türk Hava Yolları” mayın 21-də İstanbul - Kabil marşrutu üzrə uçuşları bərpa edəcək.

ABC.AZ xəbər verir ki, “Türk Hava Yolları”nın Kabilə son uçuşu 14 avqust 2021-ci ildə həyata keçirilmişdi, bundan sonra şirkət ölkədəki siyasi rejimin dəyişməsi səbəbindən Əfqanıstana uçuşları dayandırmışdı. 21 may 2024-cü il tarixindən etibarən “Türk Hava Yolları” həftədə dörd uçuş həyata keçirəcək.

Qeyd olunur ki, bundan əvvəl “Fly Dubai” və “Air Arabia” şirkətləri Əfqanıstana uçuşları bərpa edib.