10:46 - 29.04.2024
29 aprel, Fineko/abc.az. “Aqrar Sığorta” şirkəti 2024-cü ilin yanvar-mart ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-mart ayında 7.346 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 2.221 mln. manat və ya 23% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 9.567 mln. manat təşkil edib.
29 İyul 2026
27 İyul 2026