“Azərişıq” Cəbrayılda tender keçirir

16:39 - 25.04.2024


25 aprel, Fineko/abc.az. “Azərişıq” ASC  Cəbrayıl şəhəri ərazisində tikintisi davam edən yaşayış kompleksinin elektrik təchizatının təmin olunması məqsədilə 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və yeni tikilmiş "Cəbrayıl Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi" ilə əlaqələndirilməsi işləri üçün  tender elan edir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini  24.05.2024 17:45 qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs Namiq Heybətov,   [email protected]