17:14 - 1.08.2018
1 avqust, Fineko/abc.az. 2018-ci ilin birinci yarısında “Şahdəniz” yatağından 5 milyard kubmetr qaz və 1,1 milyon ton kondensat hasil edilmişdir.
“BP-Azerbaijan” şirkətinin məlumatına əsasən, yatağın mövcud istehsal sisteminin maksimal gücü gündə 32 milyon kubmetr qaz təşkil edir.
"2018-ci ilin birinci yarısında yataq üzrə istismar xərcləri 250 milyon dollar, kapital xərcləri isə 798 milyard dollar təşkil edib. Əsas xərclər isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindəki işlərə düşüb”, - məlumatda belə deyilir.
“Şahdəniz” layihəsinin iştirakçıları: BP şirkəti - 28,8%, Petronas - 15,5%, ARDNŞ - 16,7%, LUKOIL - 10%, NICO - 10%, TPAO - 19%.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026