14:20 - 8.04.2024
8 aprel, Fineko/abc.az. İpoteka və Kredit Zəmanəti Fondunda yoxlama aparılacaq.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov qeyd edib ki, Fondda yoxlama 2024-cü ilin iş planına salınıb.