Azərbaycanda iki ayda istehsal edilmiş üzüm şərabı kəskin azalıb

14:56 - 4.04.2024


4 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 138,6 min dekalitr (dkl) üzüm şərabı istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 19 min dkl və ya 12,1% azalıb.

Ötən ilin yanvar-fevral aylarında 157,6 min dkl üzüm şərabı istehsal edilmişdi.

2024-cü ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 802,4 min dkl təşkil edib.

Hazır məhsul ehtiyatı 91,4 min dkl, yəni 10,2% azalıb.

Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 893,8 min dkl olub.