Selcuk Bayraktar ilk dəfə "Forbes" siyahısında yer aldı

14:49 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Selcuk Bayraktarın sərvəti "Forbes"da 1,2 milyard dollar həcmində qiymətləndirilir. 

ABC.AZ xəbər verir ki, bu günə qədər dünyanın ən varlı insanları siyahısında 2 456-cı yerdədir.

Selcuk Bayraktarunun 44 yaşı var və Türkiyənin "Baykar" hərbi pilotsuz uçuş aparatları istehsalçısının 52,5%-nə sahibdir. O, Direktorlar Şurasına rəhbərlik edir və texniki direktordur.
2022-ci ildə "Baykar"ın satış həcmi 1,4 milyard dollar təşkil edib, 2023-cü ildə isə Avropa, Afrika və Yaxın Şərqdəki hərbçilərlə müqavilələri sayəsində ixracatı 1,8 milyard dollara yüksəlib.