11:04 - 2.04.2024
2 aprel, Fineko/abc.az. "Astana" diplomatik klubunun direktoru Kayırbolat Sahmetov Ermənistana səfəri zamanı yerli daşıyıcılara "İran – Türkmənistan – Qazaxıstan" nəqliyyat dəhlizindən daha fəal istifadə etməyi təklif edib.
"İranla həmsərhəd olduğunuz üçün, bu təklifin maraqlı ola biləcəyini düşünürəm. İran və Türkmənistanda dizel yanacağı ucuzdur. Biz Türkmənistanla, İranla həmsərhədik, onunla dəmir yolu əlaqəsi ilə bağlıyıq", - deyə o vurğulayıb.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, “Ermənistan öz məhsullarını İran yük maşınlarına və ya dəmir yoluna yükləyə bilər, mallar Türkmənistanla sərhəddəki quru limana çatdırılacaq və oradan Qazaxıstanın, Mərkəzi Asiya ölkələrinin, Çinin istənilən nöqtəsinə doğru qatarlarımıza yükləmə artıq həyata keçirilə bilər”.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026