Yanvar-fevral aylarında Azərbaycanda 4 934,2 ton kolbasa istehsal edilib

15:30 - 28.03.2024


28 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 4 934,2 ton kolbasa məhsulları istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 508,4 ton və ya 11,5% artıb.

Ötən ilin yanvar-fevral aylarında 4 425,8 ton kolbasa məhsulları istehsal edilmişdi. 2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 53,1 ton təşkil edib.

Hazır məhsul ehtiyatı 8,1 ton, yəni 18% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 45 ton olub.