12:36 - 28.03.2024
28 mart, Fineko/abc.az. Linkedın sosial şəbəkəsi TikTok üslubunda şaquli videoları sınaqdan keçirməyə başlayıb. YouTube, Instagram, Snapchat, Twitch, Reddit, Spotify və Netflix öz servislərində analoji bölmələr artıq işə salıblar.
ABC.AZ xəbər verir ki, McKinney Agentliyinin strategiya direktoru Austin Null Linkedın-dəki şaquli videolara diqqət yetirib. O, platformada video ilə yeni bölmədə İdarəetmə Panelində olan seçimin qısa bir demosunu yayımlayıb. Bölməyə keçdikdən sonra istifadəçilər vərəqlənə bilən qısa video lentini görəcəklər.
Roliklər bəyənilə, şərh verilə və ya digər istifadəçilərə göndərilə bilər. Şirkət hələ rəsmi olaraq şaquli video lentinin əlavə olunduğunu elan etməyib.
18 Avqust 2026