10:06 - 28.03.2024
28 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19% azalaraq 12.7 milyon avroya çatıb. Bu barədə Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatında göstərilir.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, hesabat ayında əsas ixracatçıların üçlüyünə Almaniya (4.7 milyon avro, ildən ilə azalma 39.2%), Slovakiya (4.65 milyon avro, artım 24.1%) və İtaliya (2.1 milyon avro, artım 67.7%) daxil olub.
Xəbər verildiyi kimi, 2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 44.9% artaraq rekord 250 milyon avroya çatıb.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026