15:50 - 27.03.2024
27 mart, Fineko/abc.az. Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində aprelin 1-dən qiymətlərin 2,6 dəfəyədək bahalaşacağı barədə anons verilib.
Sosial şəbəkə istifadəçiləri belə bir qərara kəskin etiraz edərək, müxtəlif rəylər paylaşıblar.
ABC.AZ Report-a istinadən xəbər verir ki, sözügedən qərar haqqında danışan Milli Məclisin deputatları da qiymətlərin baha olduğunu deyiblər.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli parklanma qiymətlərinin çox baha olduğunu vurğulayıb və qeyd edib ki, bu, sakinlərin narazılığına səbəb olub:
“Parklanma qiymətləri çox bahadır - istər saat hesabı, istər sutkalıq. Bu, insanların qazancına uyğun deyil. Hesab edirəm ki, qərarda dəyişiklik lazımdır. Bunun üçün çağırış edirəm”, - o deyib.
Deputatın fikrincə, bundan geniş bəhs etməyə heç ehtiyac da yoxdur.
“Çünki sakinlər birmənalı narazıdırlar. Nə qədər gec deyil, qiymətləri dəyişmək lazımdır”, - Tahir Kərimli deyib.
Komitənin digər üzvü Vüqar İsgəndərov da avtomobilin 1-2 saatdan çox paklanmada saxlanmasının insanlara çox baha başa gəldiyini hesab edir.
O vurğulayıb ki, Bakıda tıxacların qarşısının alınması üçün konkret və gərgin iş görülür, müvafiq mərkəzi icra hakimiyyəti orqanı qanunsuz paklanma, bu sahədə xaosun qarşısının alınması üçün lazımi addımlar atır:
“Bütün bu tədbirləri alqışlayırıq. Lakin indiki situasiyada paklanma ilə bağlı problemlərin qaldığını, hətta ictimai narazılığın mövcudluğunu inkar edə bilmərik. Paytaxtda parklanma qiymətlərinin baha olduğu heç kimə sirr deyil. Avtomobilin 1-2 saatdan çox paklanmada saxlanması insanlara çox baha başa gəlir. Qiymət 5, 8, hətta 10 manatdan da çox olur. Təbii ki, bu, insanların ciblərinə uyğun deyil.
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026