“Boeing”in rəhbəri təyyarə problemləri və milyardlarla itki səbəbindən istefa verəcək

11:20 - 27.03.2024


27 mart, Fineko/abc.az. “Boeing”in Baş Direktoru Deyv Kelhun ilin sonuna qədər şirkətdən ayrılacağını bildirib.

ABC.AZ xəbər verir ki, konsernin Direktorlar Şurasının sədri Larri Kellner yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcək. Onun yerinə Qualcomm-un keçmiş baş direktoru Stiv Mollenkopf gələcək.

“Boeing Commercial Airplanes” şirkətinin baş direktoru Sten Dil istefa verir. Yanvar ayından etibarən şirkətin baş əməliyyat direktoru Stefani Poup bu vəzifəyə "dərhal" başlayır.

Qeyd edək ki, Boeing şirkəti beş ildən çoxdur ki, təyyarələrlə bağlı ciddi problemlər yaşayır. Problemlər bir çox təhlükəsizlik pozuntularına və konsernin 31 milyard dollardan çox ümumi itkisinə səbəb olub.