"Azadlıq" meydanındakı avtodayanacaqlarda da qiymətlər bahalaşacaq

11:14 - 27.03.2024


27 mart, Fineko/abc.az. Gələn aydan Azadlıq meydanındakı yeraltı avtodayanacaqlarda aylıq parkinq qiymətləri qalxacaq.

ABC.AZ xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Yayılan cədvəldə saatlıq və aylıq tariflər müəyyən edilib. Sözügedən tariflərin aprel ayının 1-dən qüvvəyə minəcəyi qeyd olunub.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-1 saat - 1 manat;

1-3 saat - 2 manat;

3-6 saat - 3 manat;

6-12 saat - 5 manat;

12-24 saat 10 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq - 100 manat;

Bütün günü (24 saatlıq) - 140 manat;

Qonşular tarifi - 75 manat.

Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat təşkil edirdi.

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.