Hazırda taksi fəlayyətində ciddi nöqsanlar var - VİDEO

15:05 - 19.03.2024


19 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, sürücülər, eyni zamanda onların iş qrafiki, nəqliyyat vasitələri haqqında və digər məlumatları birbaşa Yerüstü Nəqliyyat Agentliyinə ötürəcəklər. 

ABC.AZ xəbər verir ki, bu barədə müvafiq qanunvericiliyə edilən dəyişikliklərdə nəzərdə tutulub. Həmçinin taksi sifarişi zamanı vaxt və tarix, nağd və ya nağdsız olmaqla gedişhaqlarının ödənişi üsulu, daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat və bir neçə əsas məlumatlarda Agentliyinə yönləndiriləcək.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, hazırda taksi fəlayyətində ciddi nöqsanlar müşahidə edilməkdədir. Buna isə əsas səbəb birbaşa nəzarət mexanizminin olmamasıdır...Yeni qaydaların tətbiqi bu sahədə tənzimləmələrə səbəb olacaq.

Onun sözlərinə görə yeni qaydaların tətbiqi sürücülərlə yanaşı sərnişinlərin bu xidmətdən istifadə zamanı üzləşdikləri problemləri aradan qaldıracaq. Bundan əlavə daşıyıcı şirkətlərin vergidən yayınma hallarının da qarşısını alacaq. Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə qeyd edilib.

Həmin süjeti təqdim edirik.