Kuba NATO-nun planetə vurduğu ekoloji zərəri pisləyib 

22:03 - 18.03.2024


18 mart, Fineko/abc.az. Kuba NATO-nun hərbi xərclərinin artması nəticəsində planetə dəyən ekoloji ziyanı tənqid edib. 

ABC.AZ xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodrigez qeyd edib ki, NATO karbon izinin 2021-ci ildə 196 milyon ton CO-dan 2023-cü ildə 226 milyona yüksəlib. 

Bu rəqəmlər dünya 80% ölkələrinin istixana qazı tullantılarını üstələyir. Hərbi xərclərin artması NATO ordularının karbon izini daha da artıracaq.