Ağdamda ortopedik matras və mebellərin istehsalı müəssisəsi yaradılacaq

15:49 - 15.03.2024


15 mart, Fineko/abc.az. "Komfy" MMC-yə Ağdam SənayeParkı-nın rezidenti statusu verilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikaıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, bununla da rezidentlərin sayı 21-ə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.

İnvestisiya dəyəri 2,3 milyon milyon olan müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.