15:08 - 15.03.2024
15 mart, Fineko/abc.az. Prezidenti İlham Əliyev martın 15-də Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.
ABC.AZ xəbər verir ki, dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransının iclaslarında mütəmadi iştirak etməsindən və bu çərçivədə aparılan müzakirələrdən məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında COP29-la əlaqədar əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.
Söhbət zamanı COP29-un Azərbaycanda keçiriləcək sessiyası çərçivəsində Münxen Təhlükəsizlik Konfransının iqlim təhlükəsizliyi mövzusuna və sülh gündəliyinə həsr olunmuş ayrıca bir tədbirinin təşkilinə dair müzakirələr aparıldı.
4 Avqust 2026
4 Avqust 2026