Azərbaycanda sərnişindaşıma 8%-dən çox artıb

12:04 - 15.03.2024


15 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 35,2 milyon ton yük və 294,4 milyon sərnişin daşınıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,1 faiz, sərnişin daşınması isə 8,4 faiz artıb.

Yüklərin 54,7 faizi avtomobil, 33,0 faizi boru kəməri, 8,5 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 87,5 faizi avtomobil, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.