16:20 - 14.03.2024
14 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycanda günəbaxan yağının 1 litrinin orta satış qiyməti 4.66 manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1.06 manat və ya 18% azdır.
Bununla yanaşı yerli istehsal olan günəbaxan yağının 1 litrinin qiyməti 4.26 manat təşkil edib ki, bu da illik fərqlə 1.25 manat və ya 23% azdır.
Xaricdən gətirilmiş günəbaxan yağının 1 litri isə 5.25 manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 1.04 manat və ya 17% azdır.
14 Avqust 2026
14 Avqust 2026