Vergi işçilərinə yaş həddi qoyulur

15:43 - 12.03.2024


12 mart, Fineko/abc.az. Vergi orqanlarında xidmətdə olmanın son yaş həddi müəyyənləşir. 

ABC.AZ xəbər verir ki, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.

Əsasnaməyə yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır.