Xankəndi, Ağdərə və Xocalıda da Prezidentin xüsusi nümayəndəsi təyin edildi

14:37 - 7.03.2024


7 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da xüsusi nümayəndə təyin edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam verib. Sərəncama əsasən, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.