Avropanın ən işlək hava limanlar - İstanbul birinci oldu

12:15 - 7.03.2024


7 mart, Fineko/abc.az. Avropanın ən işlək hava limanlarının adları açıqlanıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, reytinqi Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) yayıb.

Məlumata görə, İstanbul Hava Limanı 26 fevral-3 mart tarixləri arasında Avropanın ən işlək hava limanı olub.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1321 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul Hava Limanını gündə 1283 uçuşla "Heathrow", 1266 uçuşla "Amsterdam Schiphol", 1169 uçuşla "Şarl de Qoll" və 1131 reyslə "Frankfurt" Hava Limanları izləyib.

Müəllif: Elmir Murad