16:50 - 4.03.2024
4 mart, Fineko/abc.az. Türkiyədə inflyasiya aylıq 4,53 faiz, illik isə 67,07 faiz təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı inflyasiya məlumatlarında öz əksini tapıb
Analitiklərin gözləntiləri fevral ayında istehlak qiymətləri indeksinin (inflyasiya göstəricisi) aylıq 3,8 faiz, illik isə 66 faiz artacağı idi.
Türkiyədə yanvarda inflyasiya aylıq 6,70 faiz, illik 64,86 faiz təşkil etmişdi.
Beləliklə, inflyasiya sürətlənib və Mərkəzi Bankın may ayında qiymət artımlarının pik həddə çatacağını gözlədiyi 70 faiz səviyyəsinə yaxınlaşıb.
Baza inflyasiyası 70,48 faizdən 72,89 faizə yüksəlib.
21 Avqust 2026