10:42 - 4.03.2024
4 mart, Fineko/abc.az. Qırmızı dəniz limanlarına gedən gəmilərdə yük daşımalarının dəyəri konteyner başına doqquz dəfə artmışdır.
ABC.AZ xəbər verir ki, bu barədə Süveyş kanalı Administrasiyasının rəhbəri Usama Rabia bildirib.
“Qırmızı dəniz limanlarına gedən gəmilər üçün yük qiymətləri konteyner başına 6,8 min dollara yüksəldi, böhrandan əvvəl isə 750 dollar idi”, — deyə Rabia bildirib.
O həmçinin bunker yanacağının və gəmi sığortasının bahalaşmasına da diqqət çəkib.
Yəmənin şimalında Qırmızı dənizin Yəmən sahillərinin böyük hissəsinə nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı daha öncə İsrail ilə bağlı gəmilərə hücum etmək niyyəti barədə xəbərdarlıq etmişdi.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026