12:29 - 27.07.2018
27 iyul, Fineko/abc.az. 2018-ci ilin birinci yarısında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) qazma işlərinin həcmini 2017-ci ilin analoji dövrü ilə müqayisədə 8,4% artırıb.
ARDNŞ-in məlumatında deyilir ki, ilin birinci yarısında şirkət 80 min metrə yaxın quyu qazılıb.
ARDNŞ-in məlumatına görə, 2018-ci ilin 2-ci rübündə qazma qurğuları tərəfindən həyata keçirilən qazma işlərinin həcmi 39 min metrdən çox olub.
ARDNŞ-in 2017-ci il ərzində həyata keçirdiyi qazma işlərinin həcmi 138 min metr təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026