Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 45% səviyyəsində saxlayıb

16:53 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı Pul Siyasəti Şurasının iclasından sonra uçot dərəcəsini 45% səviyyəsində saxlayıb.

ABC.AZ xəbər verir ki, bu, tənzimləyicinin saytında yayımlanan qərarında deyilir.

"Pul siyasəti Şurası uçot dərəcəsini, həftəlik repo hərrac təklifini 45% səviyyəsində saxlamağa qərar verib",— deyə Mərkəzi Bankdan bildirilib.

Tənzimləyici qiymətlərin və maaşların yenilənməsi ilə əlaqəli "yanvar ayında inflyasiya göstəricilərində məhdud artım" qeyd edir. Ümumilikdə inflyasiyanın artması Bankın proqnozlarına uyğundur.