İndiyədək sənaye zonalarında 12.1 milyard manatlıq məhsul istehsal edilib

15:46 - 16.02.2024


16 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycandakı sənaye parklarına əlavaə investisiya qoyulacağı açıqlanıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki,  İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında bildirib. Sədrin sözlərinə görə, indiyə qədər sənaye zonalarında 12.1 milyard manatlıq məhsul istehsal edərək satıb ki, bunun 3.9 milyard manatlıq və yaxud 32.2%-i ixrac olunub:

“O cümlədən, 2023-cü ildə sənaye zonalarının rezidentləri 3.3 milyard manatlıq məhsul satıb ki, bunun da 989 milyon manatlıq hissəsi ixracın payına düşüb. 2022-ci illə müqayisədə satış 12.5 % artıb”.

S.Adıgzəlov əlavə edib ki, ötən il sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18.6%, ixracında isə 23.6% təşkil edib: “Sənaye zonalarının məhsulları 65-dən çox ölkəyə (ABŞ, Kanada, Brazilya, Böyük Britaniya, İtaliya, Avstriya,İspaniya, BƏƏ, İsrail, Çin, Hindistan və s.) ixrac edilib.