DSK iddia edir ki, əhalinin gəlirləri bahalaşan qiymətləri üstələyib

17:28 - 14.02.2024


14 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri 5 milyard 618.8 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.5% çoxdur.

2024-cü il 01 yanvar tarixinə 10 milyon 180.8 min nəfər əhali olub.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə əvvəlki ilə nisbətən 3.9 % artaraq 552 manata çatıb.

Qiymətlər isə yanvar ayında illik müqayisədə 1.7% artıb. Ərzaq qiymətləri 0.7%, qeyri-qida isə 1.7% artıb.