11:12 - 14.02.2024
14 fevral, Fineko/abc.az. Fevralın 7-də keçirilən prezident seçkilərində qalib gələn İlham Heydər oğlu Əliyevin inauqurasiya mərasimi başlayıb.
ABC.AZxəbər verir ki, andiçmə mərasimi Milli Məclisdə keçirilir.
Qanunvericiliyə görə, prezident and içdikdən sonra səlahiyyətlərinin icrasına başlayır.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 7 fevral 2024-cü il seçkilərinin nəticələrini təsdiqləyərək, İlham Heydər oğlu Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyi elan edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026