“iPhone 16” ilə bağlı yeni məlumatlar ortaya çıxıb - FOTO

17:11 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Satışa çıxarılması gözlənilən “iPhone 16” ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “iPhone 16 Pro”da ekranın 6,3 düyməyədək böyüdüyünü görəcəyik.

Belə ki, bundan əvvəlki "İphone 15"-in ekranı 6,1 düyüm idi. Cihazın şassisinin böyüdülməsi ona yeni və təkmilləşdirilmiş optik zoom imkanlarını təklif etməyə imkan verəcək. 5x telefoto kamera ilk dəfə “iPhone 15 Pro Max”da istifadə edilib. İddiaya görə, bu kamera “iPhone 16” ailəsində təkcə “Pro Max”da deyil, “Pro”da da təklif oluna bilər.

Cihazda artımın çox da nəzərə çarpmayacağı deyilir, lakin biz “Galaxy S24″dən daha böyük çərçivələr görəcəyik. Batareyaya gəldikdə, ehtimal ki, oxşar ölçülü və ya bir qədər böyük bir batareya görəcəyik. Bu vacibdir, çünki indiyə qədər “Pro” modellərinin batareyası haqqında çox məlumat görməmişik.

Müəllif: Elmir Murad