15:48 - 13.02.2024
13 fevral, Fineko/abc.az. "Lukoyl" Volqoqrad vilayətində sürtkü yağları və sürtkü-soyuducu mayelərin istehsalı üzrə kompleksin tikintisinə başlayıb.
ABC.AZ xəbər verir ki, zavod ildə 70 min tona qədər məhsul istehsal edə biləcək. Yeni istehsal 200-dən çox əlavə iş yeri təmin edəcək.
Tikinti sahəsi 27,9 min kv m təşkil edir. Kompleksin tikintisinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.