Ermənistan bundan sonra “Jermuk” suyunu Rusiyaya ixrac edə bilməyəcək

15:39 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Rusiya ilə Ermənistan arasındakı siyasi gərginlik iki ölkənin ticarətinə də təsir etməyə başlayıb.

Belə ki, Rusiya Ermənistan istehsalı olan “Jermuk” mineral suyunun satışını dayandırmağı planlaşdırır. Moskva bunun səbəbini “Jermuk” suyunu içən Vladiqafqaz sakininin mədəsinin yanması ilə izah edib. Məlum olub ki, butulkada suyun əvəzinə sirkə olub. 

Rospotrebnadzor da məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində “Jermuk” ticarət markasının bəzi su partiyalarının satışını dayandırır.

Mütəxəssislər isə bunu Moskvanın bəhanəsi kimi qiymətləndirir.

Müəllif: Elmir Murad