Azərbaycan bu ölkələrə ağardıcı məhsullar ixrac edir

14:38 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Sumqayıtda fəaliyyət göstərən zavodda dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal edilir.

ABC.AZ-ın məlumatına görə, “Prestij-Kimya“ MMC-nin direktoru Rüfət Pirişov Sumqayıtda zavodun gündəlik istehsal gücü 30-31 ton olduğunu bildirib.

O qeyd edib ki, hazırda məhsullar Türkiyə, Rusiya və Gürcüstana ixrac edirlər: "Rusiya, Qazaxıstan, Gürcüstan bazarı ilə bağlı yerinə yetirə bilmədiyimiz sifarişlər var. Rusiyada bir marketlər şəbəkəsinə aylıq sifarişimizin yalnız 21 faizini təmin edə bilirik. Məqsədimiz odur ki, istehsalımız genişləndikdən sonra bu sifarişi 100 faiz təmin edə bilək”.

(Azərbaycan iqtisadiyyatı)