Azərbaycanda qəzet, şampun, diş pastalarının qiyməti bahalaşıb

14:05 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarında bahalaşma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə əsasən qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, ucuzlaşma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz təşkil edib.