15:55 - 8.02.2024
8 fevral, Fineko/abc.az. 2023-cü ildə ölkədən 60 milyon ədəd yumurta ixrac edilib. 2024-cü ildə isə bu rəqəmin 100 milyona çatacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.
Bildirilib ki, hazırda Azərbaycandan yumurta məhsulları Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur, eləcə də Avropa ölkələrinə ixrac barədə razılaşmalar mövcuddur.
Qeyd edək ki, hazırda ölkənin quşçuluq və broyler təsərrüfatlarında 40 min nəfərə yaxın işçi çalışır. Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir.