Rusiya Ekvadorla mübahisədən sonra bananları bu ölkədən alır

11:41 - 8.02.2024


8 fevral, Fineko/abc.az. Rusiya Hindistandan banan almağa başlayıb və ən böyük tədarükçüsü Ekvador ilə mübahisədən sonra bu idxalı artıracaq. Səbəb Ekvadorun Rusiya istehsalı olan hərbi texnikanı dəyişdirmək qərarıdır.

ABC.AZ xəbər verir ki, yanvar ayında Rusiya artıq Hindistan bananlarının ilk partiyasını alıb. Növbəti partiya fevralın sonuna planlaşdırılır.

Xatırladaq ki, “Rosselxoznadzor” beş Ekvador şirkətindən banan idxalını dayandıraraq məhsullarında zərərvericilərin aşkar edildiyini bildirmişdi.

Rusiya hakimiyyəti Hindistana banan idxal etmək qərarını ABŞ və Ekvador arasındakı razılaşma ilə açıq şəkildə əlaqələndirmədi.

Rusiya 2022-ci ildə Ekvador bananlarının ən böyük idxalçısı olub və xüsusi əməliyyat başlamazdan əvvəl Ekvador illik banan ixracatının 20-25%-ni Rusiyaya çatdırırdı.