16:30 - 6.02.2024
6 fevral, Fineko/abc.az. Laçında ekoodun müəssisəsi fəaliyyətə başlayıb.
ABC.AZ-ın məlumatına görə, “Bakı Abadlıq Xidməti” MMC-dən bildirilib ki, ekoloji təmiz məhsul sayılan ekoodun digər müəssisələrdəki istehsalat qalıqlarından, məsələn, mebel qırıqlarından, kəsinti və tullantılardan hazırlanır.
Həmin qalıqlar yüksək hərarətli peçlərdə preslənir və ekoodun əldə olunur.
Bu prosesi həyata keçirmək üçün İtaliyadan xüsusi avadanlıq gətirilib.
“Bakı Abadlıq Xidməti” öz ənənəsinə uyğun olaraq, bu dəfə də işə yeni müəssisədə təlimlər keçməklə başlayıb. Müasir avadanlığın quraşdırılması, işə salınması, yeni texnologiya ilə işləyən laçınlılara xüsusi kursların keçirilməsi italiyalı mütəxəssislər tərəfindən icra olunub.
Artıq təlim prosesi başa çatıb, müəssisə istehsalata başlayıb.
Hazırda Laçındakı ekoodun müəssisəsində 12 yerli sakin çalışır. Bu məhsula tələb artdıqca təklif də çoxalacaq və istehsalat genişlənəcək.
Qeyd edək ki, belə bir müəssisə “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə Bakıda xeyli vaxtdır qurulub.
21 Avqust 2026