Avropa İttifaqında pərakəndə satışlar bu qədər azalıb

15:50 - 6.02.2024


6 fevral, Fineko/abc.az. Avropa İttifaqında (Aİ) pərakəndə satışlar dekabr ayında əvvəlki aya görə yüzdə 1, keçən ilin eyni dövrünə görə isə yüzdə 0,7 azalıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) dekabr ayı üzrə pərakəndə satış məlumatlarında qeyd edilib.

Belə ki, sözügedən dövrdə Avrozonada pərakəndə satışlar dekabrda noyabr ayı ilə müqayisədə 1,1 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə isə 0,8 faiz azalıb.

Aİ ölkələri arasında dekabr ayında bir əvvəlki aya görə pərakəndə satışlarda ən böyük azalma yüzdə 3,6 ilə Sloveniya, yüzdə 3,2 ilə Danimarka və yüzdə 3,1 ilə Lüksemburqda müəyyən edilib.

İllik əsasda pərakəndə satış Sloveniyada 15 faiz, Estoniyada 4,1 faiz və Slovakiyada 3,8 faiz azalıb.