14:37 - 6.02.2024
6 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayında Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb.
Azərbaycan Dəmir Yollarından ABC.AZ-a daxil olan məlumata görə, tranzit rejimində göndərilən blok qatarlardan biri Çin–Qazaxıstan sərhədindən yola düşdükdən 10 gün sonra Gürcüstan limanlarına çatdırılıb.
Tranzit yüklər, əsasən, texniki avadınlıqlardan ibarət olub və gəmilərdən birbaşa ADY qatarlarına boşaldılaraq Gürcüstanın Qara dəniz liman şəhəri Potiyə yola salınıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar ayında 615 min ton tranzit yükü daşınıb. Bu, son 10 ilin ən yüksək göstəricisidir.
Hazırda 4-ü idxal, 2-si tranzit olmaqla daha 6 konteyner blok qatar Çindən Azərbaycan istiqamətində hərəkət edir. İdxal yüklərin eyni qaydada 8, tranzit yüklərin isə 10 gün ərzində aidiyyəti təyinat məntəqələrinə çatdırılması planlaşdırılır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026