Moskvada ilk robot-aptek işə başladı

10:18 - 6.02.2024


6 fevral, Fineko/abc.az. Moskvada ilk robot-aptek işə başlayıb. Sistem dərmanların alınması, uçotu və saxlanması proseslərini avtomatlaşdırır.

ABC.AZ xəbər verir ki, həmçinin robot dərmanların yararlılıq müddətini, onların qaimə sənədlərinə uyğunluğunu yoxlayır, xəstəxana şöbələri üçün lazımi sifarişləri tərtib edir.