15:38 - 5.02.2024
5 fevral, Fineko/abc.az. Tanınmış mağaza şəbəkələrinin, məşhur brendlərin adlarına oxşar mağaza, xidmət, məhsul adlarına tez-tez rast gəlirik. “Adidas”ın “Abidas”, “Lukoil”in “Luxoil”, “Ağ çiçəyim”in “Ağ ləçəyim” və s. tanınmış marka və mağaza adlarının bu və ya digər şəkildə təkrarlandığını görürük. Bəs, bunun hüquqi məsuliyyət yaratdığından da xəbərdarıqmı?
ABC.AZ xəbər verir ki, bunu hüquqşünas Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu, dünyada geniş yayılmış biznes fırıldağı növüdür və buna görə məsuliyyət müəyyən olunub:
“İstər milli səviyyədə qeydiyyatdan keçmiş, istər beynəlxalq səviyyədə, xarici ölkələrdə qeydiyyat keçmiş əmtəə nişanlarının mühafizəsi qanunvericiliklə təmin olunur. Bununla bağlı Azərbaycanda da bir sıra qanunvericilik aktları var. Əmtəə nişanları müxtəlif ola bilər. Əmtəə nişanları ad və ya hərflərdən ibarət ola bilər. Məsələn, “SOCAR” addır, yanında alov işarəsi var, bu artıq əmtəə nişanıdır. Və ya “Google” – bu da beynəlxalq əmtəə nişanıdır. Kimsə əmtəə nişanının adını mənimsəyərsə, oxşar adlardan istifadə edərsə və ya əmtəə nişanındakı hərflərin dizaynında süni əmtəə nişanı yaradarsa, əvvəla, bunu qeydiyyat orqanı qeydə almamalıdır. Azərbaycanda da əmtəə nişanlarının adlarından istifadə edib qanun pozuntusuna yol verirlər. Hətta satış şəbəkələrinin adlarından istifadə edirlər. Bu, məsuliyyət yaradır”.
14 Avqust 2026