14:45 - 5.02.2024
5 fevral, Fineko/abc.az. Bundan sonra əhali axşam saatlarında kafelərdə qalan satılmamış yeməkləri endirimli qiymətlərlə əldə edə biləcəklər.
ABC.AZ xəbər verir ki, bunu startap layihələrindən “SnackPack” MMC-nin sayəsində etmək mümkün olacaq. Sözügedən “Startap” layihəsinin dəyəri 1,2 milyon dollardır. Layihənin bu aydan icrası planlaşdırılır.
Startapın iş prinsipi ilə bağlı məlumat verən layihə rəhbəri Ramil Tağıyev bildirib ki, yaradılan mobil tətbiq vasitəsilə bu konsepsiya rəqəmsallaşdırılıb.
“Hələlik tərəfdaşlarımız yalnız kafelərdən ibarətdir. Gələcəkdə market şəbəkələri və hotellərlə əməkdaşlıq etməyi planlaşdırırıq. Əvvəllər kitab tövsiyələri və səhiyyə kimi müxtəlif sahələrdə bir neçə başqa layihələrimiz var idi. Həmişə insanların daha sağlam və mütərəqqi olmasını istəmişik. Sonra araşdırmalara başladıq və qida tullantılarının statistikasına rast gəldik. Xeyli sayda təzə yeməklərin atılmasını gördük və yerli “axsam bazarı” anlayışından istifadə edib bu ciddi problemin həlli üçün mobil tətbiq yaratmağa qərar verdik. Sonra mobil proqram, veb-sayt və instaqramda səhifəmizi aktivləşdirərək işə başladıq və indi işimizi qurmaq üzrəyik”, - deyə Ramil Tağıyev vurğulayıb.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026