11:04 - 5.02.2024
5 fevral, Fineko/abc.az. Buğdada göbələk xəstəliyinin yayılması dünyanın əsas məhsul istehsalını 2050-ci ilə qədər 13% azalda bilər.
ABC.AZ xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupu xəbərdarlıq edir.
Tədqiqatçılar buğda məhsulunun gələcəkdə necə dəyişəcəyini göstərən model nümayiş etdiriblər. Alimlər əmindirlər ki, bitkilərin göbələk xəstəlikləri iqlim dəyişikliyi səbəbindən bir neçə il əvvələ nisbətən daha sürətli yayılır. Belə təhdidlərdən biri də Magnaporthe oryzae adlı parazitar göbələkdir.
Tədqiqatçıların fikrincə, Cənubi Amerika, Cənubi Afrika və Asiya xəstəliyin gələcəkdə yayılmasından ən çox zərər çəkəcək bölgələr olacaq.
30 İyul 2026
29 İyul 2026