14:12 - 1.02.2024
1 fevral, Fineko/abc.az. Bizə “Avtomobil yolları haqqında” yeni qanun lazımdır.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bizim yollar dəyişib, insanlar artıb:
“Yol və yollardan istifadə ilə bağlı müəyyən qaydalar tətbiq olunarkən ilk olaraq vətəndaşların rahatlığı, rifahı nəzərə alınmalıdır. Yollarda sürət həddinin müəyyənləşdirilməsi ilə bağlı məsələ var. Sürət məhdudiyyətləri qoyanlar bu günə qədər hesabat, müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır? Sürət 110 km saat olanda qəza nə qədər olub, 90 km saat olanda nə qədər qəza olub? Zəhmət çəkib hesabatla çıxış etsinlər. Sürət həddini aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüz özümüzü zəhərləyirik. Sürət həddinin azaldılması vətəndaşlarda stress yaradır və sağlamlığımıza təsir edir. Eyni məsələlər Bakı-Quba, Bakı-Gəncə yoluna da aiddir. Sürət həddi bu yollarda da 110-dan 90-a endirilib".
13 Avqust 2026
13 Avqust 2026