Azərbaycan ötən il 127,2 milyon dolları dəyərində xurma ixrac edib

17:30 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin yanvar-dekabr aylarında 127,2 milyon ABŞ dolları dəyərində xurma ixrac edib. 

ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın yanvar sayında öz əksini tapıb. 

Bu, ötən ilin eyni dövrünə nisbətən 13,8 milyon dollar və ya 12,2% çoxdur.

Ötən ilin eyni dövründə isə Azərbaycan 113,4 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.

Təkcə dekabr ayında 35,8  milyon dollarlıq xurma ixrac olunub ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 11,9 milyon dollar (49,8%) çoxdur.