Azərbaycanın qızıl ixracı bu qədər azalıb

16:56 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin yanvar-dekabr aylarında 162,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. ABC.AZ-ın məlumatına görə, bu barədə “İxrac icmalı”nın yanvar sayında qeyd edilib.

Bu, ötən ilin eyni dövrünə nisbətən 22,4 milyon dollar və ya 12% azdır. Ötən ilin eyni dövründə isə Azərbaycan 185,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Təkcə dekabr ayında 19,5 milyon dollarlıq qızıl ixrac olunub, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 9,6 milyon dollar (33%) azdır. 2022-ci ilin dekabr ayında 29,1 milyon dollarlıq qızıl ixrac edilib.