Azərbaycanda şüşə ixracı üçün subsidiya veriləcək?

14:37 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Azərbaycanda şüşə ixracı zamanı tətbiq olunan gömrük bəyannaməsi ixracatçılara böyük əngəl yaradır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin baş direktoru Emil Həsənov bildirib.

“Bugünkü qiymətlərlə dövriyyənin 4-4.5%-i bəyannaməyə xərclənir. Yaxşı olardı ki, şüşə ixracına subsidiya verilsin. Özbəkistanda dövlət şüşə ixracının xərcinin bir hissəsini öz üzərinə götürüb”, – deyə o qeyd edib.